Paytaxtda məktəbin hasarı uçdu: Tədris dayandırıldı

12:06 - 22 Oktyabr 2024

Paytaxtda məktəbin hasarı uçdu: Tədris dayandırıldı

Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.


Bu barədə Manset.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.

Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb.



Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin