Azay Quliyev Özbəkistanda müşahidəçilərin rəhbəri təyin olundu

11:19 - 22 Oktyabr 2024

Azay Quliyev Özbəkistanda müşahidəçilərin rəhbəri təyin olundu

25 ölkədən ATƏT PA-nın 60-a yaxın müşahidəçisi 27 oktyabr parlament seçkiləri izləmək üçün Özbəkistana səfər edəcək. ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının Xüsusi Koordinatoru və rəhbəri ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri  və əvvəllər qurumun vitse-prezidenti vəzifəsində çalışmış Azay Quliyev (Azərbaycan) olacaq. 
 

Manset.az xəbər verir ki, bu barədə ATƏT PA-nın bu gün yaydığı açıqlamada deyilir (http://www.oscepa.org/en/news-a-media/press-releases/press-2024/nearly-60-osce-pa-observers-to-deploy-to-uzbekistan-for-27-october-elections)

Seçki günü müşahidə üçün Özbəkistanın bir sıra regionlarına getməzdən əvvəl müşahidəçilər seçki administrasiyasının və vətəndaş cəmiyyətinin nümayəndələri, namizədlər, partiya nümayəndələri və ekspertlər tərəfindən seçkiqabağı vəziyyətlə bağlı ətraflı məlumatlandırılacaqlar.

ATƏT PA-nın yaydığı məlumatda deputatımızdan sitat gətirilir: "Bu seçkilər Özbəkistanın demokratik inkişafında əlamətdar məqamdır. Yeni qarışıq seçki sisteminin tətbiqi ilə konstitusiya və seçki islahatlarından sonra Özbəkistan əsaslı dəyişikliklərə doğru gedir. Bizim missiyamız təkcə bu seçkilərin qanunvericilik bazasını deyil, həm də onun demokratik ruhunun təcrübədə necə əks olunmasını müşahidə   etməkdir.”, - deyə xüsusi koordinator Quliyev bildirib. Azay Quliyev daha sonra qeyd edib ki,  "Müşahidəçilər kimi bizim vəzifəmiz seçki prosesinin şəffaflığını və ədalətliliyini təmin edilməsi baxımından  seşki prosesinə obyektiv və ətraflı qiymət verməkdir. Biz qərəzsizlik və Özbək xalqının iradəsinə hörmətlə bu prosesin şahidi olmaq üçün buradayıq". 

“Seçkilər ATƏT-in 1990-cı il Kopenhagen Sənədində əks olunan demokratik öhdəliklərə uyğun olaraq qiymətləndiriləcək. Seçkilərlə bağlı ilkin nəticələr oktyabrın 28-də Daşkənddə keçiriləcək mətbuat konfransında təqdim olunacaq” deyə açıqlamada bildirilir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin