Şahmatçılar Gimnaziadada mübarizə aparacaq

23:32 - 21 Oktyabr 2024

Şahmatçılar Gimnaziadada mübarizə aparacaq

Oktyabrın 24-də Bəhreynin paytaxtı Manamada Gimnaziada İdman Oyunları start götürəcək.

 

Manset.az xəbər verir ki, məktəblilərin iştirak etdiyi oyunlarda Azərbaycan şahmatçıları da çıxış edəcək.

Gimnaziada İdman Oyunlarında Azərbaycan şahmatçılarından Paşam Əlizadə, Rüstəm Rüstəmov, Yunis Mahmudzadə, Tunar Davudov, Dinara Hüseynova, Lalə Hüseynova, Nurtən Nuriyeva, Məryəm Ağaverdiyeva, Nərmin Abdinova və Səadət Bəşirli mübarizə aparacaq.

Gimnaziadada şahmat yarışları oktyabrın 25-29-da keçiriləcək. Azərbaycan şahmatçıları Bəhreynə oktyabrın 23-də yola düşəcək.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin