Sulu qar yağmağa başladı - Bu ərazilərdə

22:57 - 21 Oktyabr 2024

Sulu qar yağmağa başladı - Bu ərazilərdə

Azərbaycanda oktyabrın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Şahbuz, Ordubad, Gədəbəy, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Gədəbəydə isə sulu qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin