Rusiyaya məxsus yük təyyarəsi vuruldu

22:18 - 21 Oktyabr 2024

Rusiyaya məxsus yük təyyarəsi vuruldu

Sudanda Rusiyaya məxsus yük təyyarəsi vurulub.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sudandakı səfirliyi məlumat yayıb.

Rusiyanın Sudandakı səfirliyi ölkə rəsmiləri ilə əlaqə saxlayır və göyərtəsində rusların ola biləcəyi yük təyyarəsinin qəzaya uğramasının səbəblərini aydınlaşdırır.

Çevik Hərəkət Qüvvələrinin mütəxəssislərinin məlumatına görə, hadisə ölkənin qərbində baş verib.

Səfirlik öz növbəsində Sudan rəsmiləri ilə əlaqə saxlayaraq, hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görür.

Qeyd olunur ki, hadisənin təhqiqatını qəza zonasının döyüşlərin getdiyi Darfurda yerləşməsi faktı mürəkkəbləşdirir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin