Toy sektorunda çalışanlar bu qaydalara ƏMƏL ETMƏLİDİR - VİDEO

23:41 - 25 İyun 2021

Toy sektorunda çalışanlar bu qaydalara ƏMƏL ETMƏLİDİR - VİDEO

Bu vaxta qədər restoranlarda çalışan ofisiantların əksəriyyətinin nə əmək, nə də xidməti müqaviləsi var idi. Çünki elə restoranlar var ki, ordaki işçilər necə deyərlər, bir gün bir restoranda, sabah başqa şənlikdə işləyir.

Manset.az xəbər verir ki, Nazirlər Kabinetinin toy, nişan və digər şənliklərlə bağlı təsdiq etdiyi qayda ofisiantların narahatlığına son qoyacaq.

Bildiyiniz kimi, 1 iyul tarixindən Azərbaycanda toy, nişan və digər şənliklərin keçirilməsinə icazə verildi. Nazirlər Kabinetinin dəyişikliyinə əsasən, sahibkar, yəni möhür səlahiyyətli şəxs öz işçilərini sistemə daxil etməlidir. Bunun üçün isə həmin restoranda işləyən əməkdaşların həm xidməti, həm də əmək müqaviləsi olmalıdır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin