Həmin evlərin söküntüsü dayandırıldı - VİDEO

21:40 - 21 Oktyabr 2024

Həmin evlərin söküntüsü dayandırıldı - VİDEO

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işlərinin aparıldığı ilə bağlı görüntülər yayılıb. 

 

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinindən Operativ Media-ya bildirilib ki, həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bundan öncə də bir neçə dəfə akşar edilib:

“2024-cü ilin aprel ayından etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə akşar edilib. Bu qanunsuz fəaliyyətin dayandırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən görülmüş operativ tədbirlər nəticəsində Alatava yaşayış məntəqəsində başlanılmış özbaşına söküntü işləri bu gün tamamilə dayandırılıb və ərazi ciddi nəzarətə götürülüb”.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin