Sumqayıtda ağır qəza - Ölən var

21:04 - 21 Oktyabr 2024

Sumqayıtda ağır qəza - Ölən var

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.

Yolu keçmək istəyən 1936-cı il təvəllüdlü Abbas Qafar oğlu Hüseynovu “Nissan” markalı avtomobil vurub.

Piyada hadisə yerində ölüb.

Fakt araşdırılır.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin