Bakıda cüdo üzrə Təhsil Respublika Birinciliyi keçiriləcək

20:53 - 21 Oktyabr 2024

Bakıda cüdo üzrə Təhsil Respublika Birinciliyi keçiriləcək

18 yaşadək (U 18) yeniyetmə oğlanlar arasında cüdo üzrə Təhsil Respublika Birinciliyi keçiriləcək.

 

Manset.az xəbər verir ki, yarış Azərbaycan Cüdo Federasiyası və Təhsil Respublika İdman Mərkəzinin (RİM) birgə təşkilatçılığı ilə baş tutacaq.

Birincilikdə Bakı və regionlardan ümumilikdə 13 idman təşkilatının 170 cüdoçusu medallar uğrunda mübarizə aparacaq. Turnirdə 8 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Oktyabrın 22-dən 23-dək davam edəcək yarış “Zuğulba” tədris-idman bazasında reallaşacaq.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin