Putin onu təbrik etdi

17:38 - 21 Oktyabr 2024

Putin onu təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Vyetnam Milli Assambleyasına seçkilər zamanı ölkə prezidenti seçilmiş general Luonq Kuonqa təbrik teleqramı göndərib.

 

Manset.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb .

“Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Dövlətlərimiz arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Ümidvaram ki, prezident kimi fəaliyyətiniz bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək”, - deyə Rusiya lideri təbrik edib.

 

 


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin