Yeni ildə 7 gün ardıcıl iş olmayacaq - RƏSMİ
28 Noyabr 2024
17:47 - 21 Oktyabr 2024
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müraciət yayıb.
Manset.az xəbər verir ki, dövlət komissiyası qeydiyyatdan kənarda qalmış və yaxınları ilə bağlı DNT nümunələri verməmiş itkin ailələrini müraciət etməyə çağırıb.
“Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdən sonra Azərbaycan Respublikası (AR) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına (Dövlət Komissiyası) və müvafiq dövlət qurumlarına daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, Ermənistanın AR-ə qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş bir sıra şəxs aidiyyəti qeydiyyatlardan kənarda qalıb.
Buna səbəb kimi, Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə bəzi itkin ailələrinin yaxınlarının rəsmi qeydiyyata alınması üçün Dövlət Komissiyasına müraciət etməməsi göstərilə bilər.
Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış və yaxınları ilə bağlı DNT nümunələri verməmiş itkin ailələrindən, o cümlədən itkin düşmüş şəxslərə dair məlumatı olan vətəndaşlardan qısa müddət ərzində İşçi qrupu ilə əlaqə saxlayaraq itkin yaxınları barədə məlumatları və DNT nümunələrini verməyi xahiş edir”, - deyə, müraciətdə qeyd edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin