Gürcüstanda prezidentin istefası tələb olunacaq

16:16 - 21 Oktyabr 2024

Gürcüstanda prezidentin istefası tələb olunacaq

Gürcüstanda parlament deputatları Prezident Salome Zurabişvilinin ölkə Konstitusiyasının 52-ci maddəsini pozması ilə bağlı iddia üzrə 81 imza toplayıblar.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Gürcüstan parlamentinin mətbuat xidməti bildirib ki, iddia yaxın saatlarda Konstitusiya Məhkəməsinə göndəriləcək.

Konstitusiya Məhkəməsi prezidentin Konstitusiyanı pozduğunu təsdiq edən qərar qəbul edərsə, parlament çoxluğu Prezident Zurabişviliyə qarşı impiçment proseduruna başlamaq niyyətindədir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bazar ertəsi parlament çoxluğunun impiçment prosesinə başlamaq qərarını şərh edərkən bildirib ki, Zurabişvili keçmiş prezident kimi deyil, təqaüddə olan prezident kimi postunu tərk etməlidir.

“Mövcud prezident impiçmentə görə istefa verməlidir”, - o bildirib.

Kobaxidzenin sözlərinə görə, Zurabişvilinin impiçmenti simvolik xarakter daşıyacaq, çünki onun prezidentlik müddəti dekabrda başa çatır.

Xatırladaq ki, keçən ilin oktyabrında parlament çoxluğu artıq Zurabişviliyə qarşı impiçment proseduruna başlamışdı, lakin səsvermə zamanı səs çatışmazlığı səbəbindən məsələ baş tutmayıb.


Xəbər xətti

21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin