COP29 zolaqları ləğv edilir - RƏSMİ
23 Noyabr 2024
14:38 - 21 Oktyabr 2024
Xalq artisti Mənsum İbrahimov sosial mediada ona qarşı aparılan qarayaxma kampaniyalarına münasibət bildirib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, Xalq artisti sosial şəbəkələrdə ona qarşı məqsədli qarayaxma kampaniyası aparıldığını və bununla bağlı Kibercinayətkarlıqla Mübarizə İdarəsinə və digər dövlət orqanlarına müraciət etdiyini deyib.
"Mənə aid olmayan videomaterialları qəsdən yayan, sosial şəbəkələrdə səsimi montajlayaraq tirajlayanlar qanun qarşısında cavab verəcəklər", - deyə Mənsum İbrahimov vurğulayıb.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Mənsum İbrahimovun 2000-ci illərin əvvəllərində çəkildiyi bildirilən muğam təsnifinin xaric oxuması iddiası ilə bağlı görüntülər, Canəli Əkbərovun isə Xalq artisti haqqında tənqidi çıxışı və digər bu qəbildən olan videolar yayılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin