Boynundan zədə aldı - Rusiyaya gedə bilməyəcək

11:44 - 21 Oktyabr 2024

Boynundan zədə aldı - Rusiyaya gedə bilməyəcək

Braziliya Prezidenti Lula da Silva Rusiyada keçiriləcək BRICS sammitində iştirak edə bilməyəcək.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Braziliyanın “Globo” və “UOL” portalları yayıb. 

Bildirilib ki, 78 yaşlı Braziliya lideri öz iqamətgahında hamam otağında yıxılıb və boynundan zədə alıb.

Məlumata görə, Lula da Silva oktyabrın 19-u axşam saatlarında xəstəxanaya çatdırılıb. Həkimlər onun boynuna üç tikiş qoyduqdan sonra ambulator müalicə üçün evə buraxılıb. 

Onun, hətta yüngül beyin silkələnməsi ilə üzləşdiyi də qeyd olunub. Bu səbəbdən həkimlər ona Rusiyaya səfərdən imtina etməyi tövsiyə edib.

Qeyd edək ki, Braziliya prezidentinin oktyabrın 20-si Rusiyaya səfər edəcəyi və ayın 24-nə qədər orada qalacağı gözlənilirdi.

Onu da xatırladaq ki, BRICS sammiti oktyabrın 22-dən 24-nə qədər Kazanda baş tutacaq.

 


Xəbər xətti

21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin