Fətullah Gülən öldü

09:20 - 21 Oktyabr 2024

Fətullah Gülən öldü

FETÖ terror təşkilatının lideri, terrorçu Fətullah Gülənin ölüm xəbəri paylaşılıb.

 

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Gülənə yaxın sosial media hesablarında məlumat yayılıb.

Onun aparıldığı xəstəxanada öldüyü qeyd edilir.

Xatırladaq ki, bir müddət əvvəl Fətullah Gülənlə bağlı paylaşım sosial mediada trend olmuşdu. Görüntülərdə Fətullah Gülənin ağlını itirdiyi iddia edilmişdi.

Yaxın saatlarda onun ölümü ilə bağlı rəsmi məlumat veriləcəyi bildirilir.



Xəbər xətti

21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin