COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
01:30 - 21 Oktyabr 2024
Braziliya millisinin və "Əl-Hilal"ın hücumçusu Neymar çarpaz bağın yırtılmasından sonra sağalmasından danışıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, "NR Sports" yutub kanalında fikirlərini bölüşərkən ağlayıb.
"Həyatda ən çox sevdiyim şey futbol oynamaqdır. Oynamadığım üçün hər gün əzab çəkirdim", - futbolçu deyib.
Qeyd edək ki, "Əl-Hilal" Neymarı oktyabrın 21-də "Əl-Ayn" ilə keçiriləcək Asiya Çempionlar Liqası matçı üçün heyətə daxil edib.
Xatırladaq ki, Neymar ötən ilin oktyabrında, Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı keçirdiyi görüşdə (0:2) zədələnib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin