Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
20:45 - 20 Oktyabr 2024
Analitiklərin hesablamalarına görə, ən son Ayfon modelləri Androidin qabaqcıl rəqiblərindən daha sürətlə ucuzlaşır.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, alınandan iki həftə sonra Ayfon-16 seriyalı smartfonlar ABŞ-ın təkrar bazarında orijinal qiymətindən orta hesabla 41,2% ucuz satıla bilər.
Məlumata görə, bu, Ayfon üçün rekord qıran göstəricidir.
Bildirilir ki, Ayfon satışlarının ilk iki həftəsində Ayfon-15-dən 8% daha tez dəyərsizləşir. Üstəlik, bu tendensiya yalnız standart modellərdə deyil, bütün xətt boyunca müşahidə olunur.
Eyni zamanda, Samsunq cihazları əks mənzərəni göstərir.
Anilitiklər qeyd edir ki, Ayfonlar uzun müddətdir ki, mobil qurğular arasında ən yaxşı investisiya hesab edilir. Çünki onlar müəyyən müddətdən sonra sərfəli şəkildə satıla bilər. Bununla belə, Ayfon-12-dən başlayaraq, hər yeni nəsil əvvəlkindən daha tez dəyərini itirdi. Bu, yeni smartfon seçərkən istehlakçıların qərarlarına əhəmiyyətli dərəcədə təsir edə bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin