X turun daha bir görüşü keçirildi

19:36 - 20 Oktyabr 2024

X turun daha bir görüşü keçirildi

Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü keçirilib.

 

Manset.az xəbər verir ki, turun son oyun günündə "Zirə" "Sabah"ı qəbul edib.

Zirə Olimpiya İdman Kompleksində baş turan matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Görüşdə hesab 7-ci dəqiqədə açılıb. Cesse Sekidika meydan sahiblərinin qapısına yol tapıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 90+1-ci dəqiqədə məğlubiyyətdən xilas olub. Georgi Papunaşvili status-kvonu bərpa edib.

Bu barəbərlikdən sonra hər iki komandanın xal ehtiyatı 16-ya çatıb. Tərəflər müvafiq olaraq turnir cədvəlində dördüncü və beşinci pillələri bölüşürlər.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Neftçi" isə "Səbail"i 3:1 hesabı ilə məğlub edib.


Xəbər xətti

21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin