BRİKS-in malik olduğu qızıl ehtiyatları açıqlandı - SİYAHI

13:15 - 20 Oktyabr 2024

BRİKS-in malik olduğu qızıl ehtiyatları açıqlandı - SİYAHI

BRİKS ölkələri dünya qızıl ehtiyatlarının 20%-dən çoxuna sahibdir.

 

Manset.az İqtisadiyyat.az-a stinadən xəbər verir ki, bu barədə Dünya Qızıl Şurası məlumat yayıb.

2024-cü ilin ikinci rübündə dünya üzrə qızıl ehtiyatlarının ümumi həcmi 29,03 min ton təşkil edib ki, bunun 6,2 min tonu (21,4%) BRICS ölkələrinə məxsusdur. İran və Efiopiya öz qızıl ehtiyatlarını açıqlamadığı üçün siyahıya salınmayıb. 

BRICS ölkələri arasında qızıl ehtiyatlarına görə, lider Rusiya (2,34 min ton) və Çindir (2,26 min ton). Bu da birlik üzrə müvafiq olaraq 37,6% və 36,4% təşkil edir.

Daha sonra Hindistan (840,76 ton), Səudiyyə Ərəbistanı (323 ton), Braziliya (129,7 ton), Misir (126,57 ton), Cənubi Afrika Respublikası (125,44 ton) və BƏƏ (74,5 ton) gəlir.

Dünya miqyasında isə ABŞ 8,1 min ton qızıl ehtiyatı ilə liderdir. Bu da bütün dünya ehtiyatlarının təxminən üçdə birini təşkil edir. ABŞ-dən sonra Almaniya (3,35 min ton), İtaliya (2,45 min ton) və Fransa (2,44 min ton) gəlir.

Oktyabrın əvvəlində məlum olub ki, Çin Xalq Bankı sentyabrda qiymətli metallara olan kəskin qiymət artımına baxmayaraq, qızıl ehtiyatlarını artırmayıb. Fiziki ehtiyatların həcmi dəyişməz qalıb, baxmayaraq ki, onların dəyəri 191,47 milyard dollara yüksəlib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin