Fətullah Gülən öldü
21 Oktyabr 2024
11:38 - 20 Oktyabr 2024
Çəltik sahəsində qanunsuz ov edən Astara sakini saxlanılıb.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Z.Məmmədovun rayonun Süparibağ kəndi ərazisindəki çəltik sahəsində qanunsuz ov etdiyi müəyyən olunub. Ondan 1 ədəd "İJ" markalı tüfəng, ov alətləri və qanunsuz ovladığı çöl quşları aşkarlanıb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirilən tədbirlər nəticəsində 11 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin