Messi MLS tarixinə düşdü

11:09 - 20 Oktyabr 2024

Messi MLS tarixinə düşdü

Argentinalı hücumçu Lionel Messi Amerikanın “İnter Mayami” klubunun tarixinin bombardiri olub.

 

Manset.az xəbər verir ki, ötən gecə klub MLS-in adi mövsümündə “New England Revolution”a 6:2 hesabı ilə qalib gəlib.

Messi bu matçda het-trik edib. Beləliklə, futbolçu Amerika klubunun heyətində 33 qol vurub. Buna nail olmaq üçün o, cəmi 35 oyun keçirməli idi. Bu göstəriciyə görə Messi 97 oyunda 31 qol vuran Leonardo Kampananı ötüb.


Xəbər xətti

21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin