Bu ölkədə prezident seçkiləri başladı

09:58 - 20 Oktyabr 2024

Bu ölkədə prezident seçkiləri başladı

Moldovada Avropa İttifaqına (Aİ) üzvlük referendumu ilə eyni zamanda prezident seçkiləri başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Prezident vəzifəsi uğrunda ümumilikdə 11 namizəd mübarizə aparır. Sorğulara görə, hazırkı Qərbyönümlü lider Maya Sandunun qalib gəlmə ehtimalı daha yüksəkdir.

Agentliyin yazdığına görə, əgər o, 50 faizlik baryeri keçə bilməsə, noyabrın 3-də seçkilərin ikinci turu baş tutacaq. Bu halda, Sandunun ən çox ehtimal olunan rəqibi keçmiş baş prokuror Aleksandr Stoyanoglo olacaq. Onu ənənəvi olaraq Rusiyayönümlü Sosialist Partiyası dəstəkləyir.

"Intellect Group" şirkətinin direktoru Yan Lisnevski qeyd edib ki, ölkənin Aİ-yə üzvlüyünü Moldovanın əhalisinin yarısından azı dəstəkləyir.

Bundan əvvəl Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Mustyaça müxalifət lideri İlan Şoru prezident seçkiləri və Aİ-yə üzvlük referendumu ərəfəsində vəziyyəti gərginləşdirməkdə ittiham edib. 


Xəbər xətti

21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin