Gəncədə avtomobil telefon dirəyinə və evə çırpıldı - FOTO

09:16 - 20 Oktyabr 2024

Gəncədə avtomobil telefon dirəyinə və evə çırpıldı - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin M.Axundzadə küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını idarəetmədən çıxıb.

Nəticədə minik maşını telefon dirəyinə daha sonra isə evə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Telefon xəttinə və avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə qəzaya yağışlı hava şəraiti səbəb olub.

Fakt araşdırılır.

Gəncədə avtomobil telefon dirəyinə və evə çırpılıb - FOTO

Gəncədə avtomobil telefon dirəyinə və evə çırpılıb - FOTO

Gəncədə avtomobil telefon dirəyinə və evə çırpılıb - FOTO


Xəbər xətti

21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin