Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
01:30 - 20 Oktyabr 2024
Hər il milyonlarla ton plastik okeanlarla qarışaraq ətraf mühitə qalıcı ziyan vurarkən alimlər bu vəziyyətin qarşısını müxtəlif yollarla almağa çalışırlar. ABŞ-da yerləşən “Woods Hole Oceanographic Institution” təşkilatının alimləri sellüloz diasetat (CDA) adlanan bioplastikin dəniz suyunda ən tez dağılan plastik növü olduğunu aşkarladıqdan sonra prosesi daha da sürətləndirmək üçün işə başlayıblar. 100 ildən çox istifadə edilən CDA günəş eynəklərindən siqaret filtrlərinə qədər müxtəlif məhsullarda mövcuddur. Bioplastik istehsal şirkəti “Eastman” ilə əməkdaşlıq edən komanda CDA-nın “köpüklənmə” adlanan sadə bir proseslə məsaməli hala gətirildiyi zaman onun əvvəlki vəziyyətindən 15 dəfə daha sürətli parçalandığını müşahidə edib.
Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, “ACS Publications” jurnalında dərc edilən məqalədə, yeni köpük CDA-nın dəniz suyunda kağızdan daha sürətlə həll olunduğu bildirilib. Alimlər okeandakı təbii şəraiti mümkün qədər yaxından təqlid edən akvarium mühitində aylarla eksperimentlər aparıblar. Yeni yaradılmış CDA-nın 36 həftənin sonunda kütləsinin 65-70 faizini itirdiyi müşahidə edilib. Bu dövrdə tez-tez istifadə olunan başqa bir plastik materialın kütləsi dəyişməz qalıb.
Məqalənin aparıcı müəllifi Kollin Vard ixtiranı belə qiymətləndirir: “Biz əsas biliklərimizi nəinki istehlakçı ehtiyaclarını ödəyən, həm də okeanda bildiyimiz hər hansı digər plastik materialdan, hətta kağızdan daha tez parçalanan yeni materialın hazırlanmasına yönəltdik”.
Tədqiqat qrupu müxtəlif materiallardan hazırlanmış əşyaları sınaqdan keçirdikləri 16 həftəlik təcrübənin nəticələrini paylaşıb. Tərkibində dəniz suyu olan eyni akvariumda aparılan araşdırmada köpük CDA-nın bərk CDA-dan daha sürətli əridiyi müşahidə edilib. Bu material kağız analoqlarından daha tez parçalanır. Tədqiqatçılar yeni materialın birdəfəlik istifadə olunan məhsullarda plastiki əvəz etməklə ciddi fayda verə biləcəyini düşünürlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin