Dünya çempionatına yollanacaq heyət bəlli oldu

22:20 - 19 Oktyabr 2024

Dünya çempionatına yollanacaq heyət bəlli oldu

Oktyabrın 28-31-də Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatı keçiriləcək.

 

Manset.az xəbər verir ki, qeyri-olimpiya çəkiləri üzrə təşkil ediləcək mundialda ölkəmizi 10 güləşçi təmsil edəcək.

Yarışa yunan-Roma güləşçiləri start verəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq), Ülvü Qənizadə (72 kq) və Qurban Qurbanov (82 kq) uğur qazanmağa çalışacaq.

Daha sonra estafet qadınlara keçəcək. Böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Alyona Kolesniklə (59 kq) Elis Manolova (65 kq) qüvvəsini sınayacaq.

Çempionata sərbəst güləşçilər yekun vuracaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (70 kq), Orxan Abasov (79 kq) və Abubakr Abakarov (92 kq) xalçaya çıxacaq.

Qeyd edək ki, mundialda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin