Şabranda kanalda qadın meyiti aşkarlandı

22:04 - 19 Oktyabr 2024

Şabranda kanalda qadın meyiti aşkarlandı

Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

 

Manset.az xəbər verir ki, kanalın dəmir barmaqlıqlarına ilişən cəsədi suyun səviyyəsi yüksək olduğu üçün hələ ki, sudan çıxartmaq mümkün olmayıb. Əraziyə FHN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyitin şəxsiyyəti məlum deyil.

Hazırda fakt araşdırılır.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin