"Neftçi" qələbə qazandı

19:54 - 19 Oktyabr 2024

Azərbaycan Premyer Liqasının X turunda "Neftçi" "Səbail" üzərində qələbə qazanıb.

 

Manset.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda "Neftçi Arena"da baş tutan görüşdə 3:1 hesablı qələbə qazanıb.

"Neftçi"dən qolları Ramil Şeydayev (45+3), Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. "Səbail"in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib.

Qeyd edək ki, X turda bu gün baş tutan "Şamaxı" - "Araz Naxçıvan" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun ötən gün keçirilən "Kəpəz" - "Qarabağ" matçından isə Ağdam təmsilçisi böyük hesablı üstünlüklə ayrılıb - 5:0. X turun digər görüşləri sabah oynanılacaq.


Xəbər xətti

21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin