Qadını şantaj edib 3000 istədi

18:31 - 19 Oktyabr 2024

Qadını şantaj edib 3000 istədi

Gəncədə qadın fotoları ilə hədələnib. 

 

Manset.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, xanım sosial şəbəkədə tanış olduğu Sadiq adlı şəxsin ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini və 3000 manat pul verməyi tələb etdiyini deyir.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sadiq Salehov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti

21 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin