COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
13:10 - 19 Oktyabr 2024
“Qarabağ” klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Manset.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi səfərdə ən çox qol vuran komanda adına sahib çıxıb.
Bu, Misli Premyer Liqasının X turunda gerçəkləşib. Belə ki, Qurban Qurbanovun yetirmələri rəqib meydanında “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada vurulan 3-cü qol “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu olub. Bu topa Leandro Andrade imza atıb. Bununla da, Ağdam təmsilçisi 647 səfər qoluna sevinən “Neftçi”nin rekordunu yeniləyib. “Kəpəz”lə Tovuzdakı görüşdə vurulan sonuncu top isə klub tarixinə çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb. Yubiley topuna Aleksey Kaşuk imza atıb.
Qeyd edək ki, “Qarabağ” 650 qol vurduğu səfərdə 461 oyun keçirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin