Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
09:30 - 19 Oktyabr 2024
Kubada əsas istilik elektrik stansiyasının (İES) fəaliyyətinin dayanması nəticəsində ölkə bütünlüklə qaranlığa qərq olub.
Manset.az xəbər verir ki, ölkənin əsas stansiyasının dayanması bütün elektrik şəbəkəsinin çökməsi ilə nəticələnib. Yalnız şəxsi generatoru olanlar elektrikdən istifadə edə bilir. Enerji Nazirliyi bütün ölkə üzrə elektrik olmadığını bildirib.
Bir neçə gün əvvəl hökumət enerji böhranının qarşısını almaq üçün dövlət müəssisələrində iş saatlarını qısaldıb. Bununla belə, bəzi ərazilərdə enerji təchizatında fasilə 20 saata çatır.
Kubanın enerji təchizatı 8 İES vasitəsi ilə həyata keçirilir. ABŞ embarqosu bir tərəfdən stansiyalar üçün yanacaq almağa, digər tərəfdən stansiyaları yeniləməyə imkan vermir. 70-ci illərdə SSRİ-nin verdiyi avadanlıqlar tez-tez sıradan çıxdığı üçün stansiyalar vaxtaşırı təmirə dayanır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin