Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
19:04 - 18 Oktyabr 2024
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdidlərin Qərb ölkələrindən qaynaqlandığını bildirib.
Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Lavrov İstanbulda keçirilən 3+3 Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının 3-cü Toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.
Lavrov Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdidlərin olduğunu bildirib və deyib:
"Regiondan kənar ölkələr burada öz şərtlərini və sxemlərini tətbiq etməyə çalışırlar. Bu sxemlər region ölkələrinin maraqlarına uyğun problemlərin həllinə yönəlməyib, lakin NATO mərkəzli formatlar blok prosesinin burada inteqrasiyasını və inkişaf prosesini ləngitməyə çalışır. Bu təhdidlər Qərb ölkələrinin regiona təsirini təmsil edir".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin