Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
17:11 - 18 Oktyabr 2024
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ABŞ Prezidenti Co Baydeni mülki şəxslərə verilən ən yüksək mükafat olan Almaniya Federativ Respublikasının "Şərəf" ordeni ilə təltif edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Bayden görüşə planlaşdırılandan yarım saat gec gəlib, lakin bunun səbəbi hələ açıqlanmayıb.
Qonağı ilə təkbətək görüşən Prezident Ştaynmayer ona mülki şəxslərə verilən ən yüksək mükafat olan Almaniya Federativ Respublikasının "Şərəf” ordeninin ən yüksək dərəcəsi “Xüsusi dərəcəli Böyük Xaç"ı təqdim edib .
Almaniya prezidenti bildirib ki, buna səbəb Baydenin 50 il ərzində bütün vəzifələrində Alman-Amerika dostluğunu və transatlantik birliyi formalaşdırması və gücləndirməsidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin