Aİ-nin İlon Maska tətbiq edəcəyi cəzanın həcmi arta bilər

14:13 - 18 Oktyabr 2024

Aİ-nin İlon Maska tətbiq edəcəyi cəzanın həcmi arta bilər

X sosial media platformasına qarşı ola biləcək cərimədə Avropa Birliyinin İlon Maska məxsus digər şirkətlərin də gəlirlərini nəzərə ala biləcəyi və cəzanın ölçüsünün kifayət qədər yüksək ola biləcəyi iddia edilib.

 


Manset.az  Avropa mətbuatına istinadən xəbər verir ki, Aİ qanunu pozduğu üçün X-ə tətbiq edəcəyi cərimənin məbləğini hesablayarkən Maskın bütün şirkətlərinin ümumi gəlirlərini nəzərə alacaq.

Teslanın gəlirləri bu hesablamaya daxil edilə bilməz, çünki o, açıq şirkətdir və Musk tərəfindən tam idarə olunmur.

Aİ Komissiyası cəzaya gəldikdə, X-in gəlirləri ilə yanaşı Maskın SpaceX, Neuralink, xAI və Boring Company kimi digər şirkətlərini də nəzərə almağı planlaşdırır.

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin