Bu küçədə aparılan təmir işləri yekunlaşmaq üzrədir - VİDEO/FOTO

14:05 - 18 Oktyabr 2024

Bu küçədə aparılan təmir işləri yekunlaşmaq üzrədir - VİDEO/FOTO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının verdiyi tapşırığa uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam etdirilir.

 

Manset.az xəbər verir ki, bu çərçivədə Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir. Genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.

Layihəyə əsasən hər iki istiqamət üzrə hazırda yol 2 hərəkət zolağı enində genişləndirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Hazırda asfaltlanma işlərinin icrası həyata keçirilir, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa edilir, ərazi abadlaşdırılır.  

Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə agentlik tərəfindən icra olunur. İşlərin tərtib olunmuş qrafikə uyğun yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 



Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin