Ən ağıllı uşaqlar bu ayda doğulur - ARAŞDIRMA

13:30 - 18 Oktyabr 2024

Ən ağıllı uşaqlar bu ayda doğulur - ARAŞDIRMA

Tədqiqat nəticələrinə görə, elm adamları uşaqların doğum ayı ilə zəka arasında mümkün əlaqəni araşdıraraq diqqətəlayiq nəticələr əldə ediblər. Bu tapıntılar nəticəsində məlum olub ki, uşaqların doğum ayları onların intellekt inkişafına təsir edə bilər.

 

Manset.az xarici mediaya istinadla xəbər verir ki, sentyabr ayında doğulan uşaqların akademik uğurları ilə seçildiyi müəyyən edilib.

ABŞ-da 1 milyon şagirdin məlumatlarını araşdıran elm adamları sentyabr ayında doğulan şagirdlərin digər aylarda doğulanlara nisbətən məktəb performanslarında daha müvəffəqiyyətli olduğunu ortaya qoydular.

Avqust ayında doğulan uşaqlar ümumiyyətlə daha az akademik uğur qazanmış kimi təsvir edilirdi. Məlum olub ki, idman sahəsində uğur qazananların əksəriyyəti avqust ayında doğulub.

Xüsusilə futbol və basketbol kimi idman növlərində ulduz futbolçuların əksəriyyətinin avqust ayında doğulduğu bildirilib.


Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin