Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
12:45 - 18 Oktyabr 2024
Adıyamanın Gölbaşı mahalına bağlı Yukarı Nəsırlı kəndi sərhədlərində yerdən 4 metr hündürlükdə qayaya oyulmuş və üzərində qadın relyefinin yer aldığı 1700 illik Roma dövrünə aid kameralı türbə aşkar edilib.
Manset.az türk mətbuatına istinadən xəbər verir ki, mövzu ilə bağlı məlumat verən Adıyaman Muzeyinin direktoru Mehmet Alkan, “Vətəndaşlarımızdan birinin verdiyi xəbər nəticəsində Yukarı Nəsırlı kəndinə gələrək araşdırmalar apardıq. Bu araşdırmalar nəticəsində burda yaşayış massivləri və hündürlüyü təxminən bir yarım metr olan qadın relyefinə rast gəldik. Bu qadın relyefinin bir qədər aşağısında bir qəbir kamerası da aşkar etdik. Bu qadın relyefində qadının bir az aşağıda yerləşən kameralı türbədə dəfn edildiyi bildirilir. Bundan əlavə, burada apardığımız araşdırma nəticəsində onun eramızın III əsrinə aid kamera türbəsi olduğunu müəyyən etdik. Yəni 1700 il əvvələ aid qadın məzarıdır".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin