Metronun hərəkət intervalında dəyişikliklər olacaq

12:39 - 18 Oktyabr 2024

Metronun hərəkət intervalında dəyişikliklər olacaq

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.

 

Manset.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.

Onun sözlərinə görə, COP29 tədbiri keçirilən zaman ölkəyə səfər edəcək insanların çoxluğu nəqliyyatın hərəkətini intensivləşdirəcək: “Bu da qatarların hərəkət intervalının daha da sıxlaşdırılması üzərindən həyata keçiriləcək”.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin