Gəncədə binada partlayış - 2 ölü, 4 yaralı

06:30 - 18 Oktyabr 2024

Gəncədə binada partlayış - 2 ölü, 4 yaralı

Gəncədə binada partlayış baş verib.

 

Manset.az xəbər verir ki, hadisə yerinə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunublar.

5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.  Xəsarət alanlar xəstəxanaya aparılıb.

Hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 


Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin