Fransada leysan yağışları səbəbindən daşqınlar başladı

01:30 - 18 Oktyabr 2024

Fransada leysan yağışları səbəbindən daşqınlar başladı

Fransanın cənubunda leysan yağışları daşqınlara səbəb olub. Bəzi yerlərdə insanların təxliyə edilməsinə ehtiyac yaranıb, nəqliyyatın hərəkəti dayandırılıb.

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ardeş departamentində hava şəraiti ilə əlaqədar bir çox magistral yollar bağlanıb. Annon şəhərində daşqın səbəbindən məktəblər və uşaq bağçaları köçürülüb. Şəhərdə ictimai nəqliyyat işləmir. Lion və Sent-Etyen şəhərləri arasında qatarların hərəkəti ən azı sabah səhərə qədər dayandırılib.

Ölkənin altı departamentində hava təhlükəsinin ən yüksək - “qırmızı” səviyyəsi, daha 19 departamentdə isə “narıncı” təhlükə səviyyəsi elan edilib. Meteoroloqlar xəbərdarlıq edir ki, oktyabrın 18-dək dörd departament üçün təhlükənin “qırmızı” səviyyəsi, 18 departament üçün isə “narıncı” səviyyəsi qüvvədə qalacaq.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin