Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
23:22 - 9 Noyabr 2021
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ildə peyvənd üçün istifadə edilən bir milyarddan çox xüsusi şprisin çatışmazlığı ilə bağlı xəbərdarlıq edib.
Manşet.az xəbər verir ki, ÜST-ün dərman və tibbi məhsullara çıxış bölməsinin baş məsləhətçisi Lisa Hedmanın Cenevrədə keçirdiyi brifinqdə deyib ki, bu çatışmazlıq dünyada peyvəndləmə prosesinin ləngiməsinə səbəb ola bilər.
"Biz peyvənd üçün real şpris çatışmazlığı ilə üzləşə biləcəyimizdən narahatlığımızı bildiririk. Dünyada sənaye müəssisələri hər il peyvəndlər üçün təxminən 6 milyard şpris istehsal etmək iqtidarında olduğuna görə, bu çatışmazlıq özünü göstərə bilər", - Hedman bildirib.
ÜST rəsmisi xatırladıb ki, 2021-ci ildə COVID-19-a qarşı 6,8 milyarddan çox peyvənd edilib ki, bu da digər xəstəliklər üçün adi peyvəndlərin sayından demək olar ki, iki dəfə çoxdur. Belə ki, koronavirusa qarşı peyvənd üçün istifadə olunan xüsusi şprislər digər xəstəliklərə qarşı peyvəndlə müqayisədə iki dəfə çox lazımdır.
"Çatışmazlıq şprislərin təkrar istifadəsinə gətirib çıxara bilər ki, bu da çox təhlükəli təcrübədir", - baş məsləhətçi əlavə edib.
(Report)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin