Səfirlik bomba xəbərdalığı səbəbindən boşaldıldı

17:35 - 17 Oktyabr 2024

Səfirlik bomba xəbərdalığı səbəbindən boşaldıldı

Norveçin Beyrutdakı səfirliyinin əməkdaşları diplomatik missiyaya gələn bomba xəbərdarlığı səbəbindən təxliyə edilib. 

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Biz təsdiq edə bilərik ki, bu gün Norveçin Beyrutdakı səfirliyinə binaya bomba qoyulması ilə bağlı xəbərdarlıq edilib. Beyrutda cəmi bir neçə norveçli diplomat qalıb və səfirliyin bütün əməkdaşları hadisə yerindən kənarlaşdırılıb", - departamentdən bildiriblər.

Qeyd edək ki, əvvəl Norveç Xarici İşlər Nazirliyi ölkədə vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsi ilə əlaqədar Livandakı səfirliyinin bəzi əməkdaşlarını, eləcə də diplomatların ailə üzvlərini vətənlərinə geri çağırdığını bildirmişdi.


Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin