Bayden Almaniyaya səfərə etdi

16:55 - 17 Oktyabr 2024

Bayden Almaniyaya səfərə etdi

ABŞ Prezidenti Co Bayden Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə Ukrayna və Yaxın Şərqdəki münaqişələri müzakirə etmək üçün Almaniyaya gəlib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Xüsusilə, sammitin əsas mövzularından birinin Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi “Qələbə planı”nın müzakirəsi olacağı, onun bəndlərindən biri Kiyevin NATO-ya qəbulu tələbi olduğu dəqiqləşib.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre daha əvvəl bildirmişdi ki, Prezident Bayden Avropaya səfəri zamanı ukraynalı həmkarı Zelenski ilə görüşə bilməyəcək. Eyni zamanda, Baydan oktyabrın 16-da ona telefonla zəng edərək, 425 milyon dollar dəyərində yeni hərbi yardım tədarükünü elan edib.


Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin