Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
16:48 - 17 Oktyabr 2024
Avropanın aviasiya və təyyarə istehsalı şirkəti "Airbus" peyk layihələrində itkiləri artırdıqdan sonra Müdafiə və Kosmos departamentində 2500 nəfəri işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Airbus" tərəfindən edilən açıqlamada xüsusilə zərər verən Kosmos Sistemlərində "mürəkkəb iş mühiti" səbəbindən yeni tədbirlərin görüləcəyi və kosmos bölməsinin işçi qüvvəsinin yenidən qurulacağı ifadə edilib.
“Bu tədbirlər nəticəsində 2026-cı ilin ortalarına qədər "Airbus" Müdafiə və Kosmik bölməsində 2500-ə qədər mövqenin azaldılması gözlənilir”, - deyə məlumatda bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin