Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
16:26 - 17 Oktyabr 2024
İngiltərədəki Əmək Hüquq Məhkəməsinə müdirinin səhəri ona sabahın xeyir demədiyini deyən qadın işçi onu məhkəməyə verib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səhər saatlarında qadın işçiyə “sabahınız xeyir” deməyən və onu işdən çıxmağa məcbur etməyə çalışan müdir təzminat ödəməyə məhkum edilib.
Müdir Endryu Gilchristin gec gəldiyi üçün Nadine Hansona əsəbiləşdiyi, lakin qadının xəstəxanaya getməsindən xəbərsiz olduğu bildirilib.
Digər iki işçiyə maaş verərkən müdirin Hansona xəbər vermədiyi də qeyd edilib.
Hakim Sarah Davies müdirin qadın işçini istefaya məcbur etməyə çalışdığına və onun hərəkətlərinin iş yerində konfiliktə səbəb olduğuna görə təzminat ödəməli olduğunu bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin