Manşet.az xəbər portalı yeni layihəyə start verir

16:12 - 17 Oktyabr 2024

Manşet.az xəbər portalı yeni layihəyə start verir

Bildiyiniz kimi, Manset.az xəbər portalı illərdir fəalliyət göstərir. Bir-birindən maraqlı layihələrlə hər zaman oxucularını təəccübləndirir.

 

Xəbər portalı təkcə ölkəmizdə deyil, bütün dünyada baş verən ən son xəbərləri operativ şəkildə oxuculara çatdırmaq üçün gecə-gündüz çalışır.

Sayt ötən illər ərzində  Azərbaycanda ən çox oxunan informasiya resurslarından biri olub və bu tendensiyanın dəyişməz qalması üçün hər şeyi edir.

Oxucuların rəğbətini qazanan xəbər portalı yeni sezondan yeni layihəyə start verir. Bu gündən saytda “Manşetdə” video layihəsinin ilk buraxılışına baxa bilərsiniz.

Layihə mədəniyyət və ədəbiyyat sahəsində, ictimai-siyasi həyatda uğur qazanmış, özünü təsdiq etmiş, sözünü demiş insanlarla müsahibəni sizə çatdıracaq. Əminik ki, yeni layihəmiz oxucularımız tərəfindən bəyəniləcək.

Layihənin ilk qonağı sosial ekspert, yazıçı-drammaturq Elnurə Abdullayevadır.

Elnurə Abdullayeva ölkə gündəmində baş verənlərdən, şəxsi həyatından özəl açıqlamaları ilk dəfə Manset.az üçün danışdı.

Sözügedən videonu təqdim edirik: 


Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin