Türkiyə Ukraynaya xəyanətlə bağlı xəbərdarlıq etdi

15:55 - 17 Oktyabr 2024

Türkiyə Ukraynaya xəyanətlə bağlı xəbərdarlıq etdi

"Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya ilə münaqişədən qalib çıxmaq şansı yoxdur və buna görə də ABŞ və Qərb tezliklə Kiyevə xəyanət edəcək".

 

Manset.az xəbər verir ki, bu sözləri Rusiyanın "RİA Novosti" nəşrinə açıqlama verən Türkiyənin “Vətən” partiyasının sədri Doğu Perinçək deyib.

Onun sözlərinə görə, Rusiyanın qələbəsi bu qarşıdurmanın sonunu göstərəcək. Eyni zamanda, siyasətçi Kiyevə xəbərdarlıq edib ki, ABŞ və Qərb Ukrayna Silahlı Qüvvələrinin “fiaskosunu” görəndə Ukraynaya dərhal xəyanət edəcək.

“Biz bunu Əfqanıstanda gördük . Eyni şey Ukraynada da olacaq. Qərb Zelenskini tərk edəcək və yalnız öz mənfəətini düşünəcək”, – Perinçek bildirib.

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin