Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
21 Noyabr 2024
17:59 - 17 Oktyabr 2024
"Gəlin, gözəl ananın övladı ilə evlisən. Yemədi yedirtdi, üşüyəndə isitdi. Başınıza qayınanalar qədər daş düşsün. Hamınız evlənəndə unudursunuz. Evləndiyiniz adama hörmət edirsinizsə, anasına da hörmət edin".
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Doğuş "Səni axtarıram" verilişində deyib. İfaçı gəlini tərəfində ahıllar evinə atılan ananı qucaqlayaraq, bunları əlavə edib:
"Qarşısına bir qab yemək qoyub, ayağını yuya bilmirsiniz? Günah deyilmi? Qayınananı incidən gəlinlər Allaha cavab verəcək. Hər zaman qayınana tərəfindəyəm. Əgər sən qayınananaya hörmət edərsənsə, insan kimi yaxınlaşarsansa Allah və ailən tərəfindən mükafatını alarsan. Anaların övladını alırsınız, sonra onları yaşlılar evinə atırsınız".
Onun sözlərinə etiraz edən aparıcı Xoşqədəm Hidayətqızı isə "Bütün ana ana deyil. Uşağını atan ana ana deyil. Övladını düşünməyən ana deyil. Gəlinin borcu deyil oğlunu, qızını incidən anaya ana desin" sözlərini əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin