İlon Maskdan Trampa 75 milyon dollarlıq dəstək

11:06 - 17 Oktyabr 2024

İlon Maskdan Trampa 75 milyon dollarlıq dəstək

ABŞ milyarderi İlon Mask Donald Trampın prezidentlik yarışında ona dəstək olmaq üçün seçki kampaniyasına 75 milyon dollar bağışlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Mask son üç ayda Trampın tərəfdarı olan Amerika PAC-a təxminən 75 milyon dollar bağışlayıb.

America PAC iyul-sentyabr ayları arasında respublikaçıların aparıcı dəstəkçisinəi çevrilmiş Maskdan aldığı ianələrin 72 milyon dollarını xərcləyib. Sentyabrın sonuna olan məlumata görə, PAC-ın kassasında təxminən 4 milyon dollar qalıb. Eyni dövrdə Tramp tərəfdarı olan başqa bir qrup milyarder Miriam Adelsondan 95 milyon dollar ianə alıb.

Mask əvvəlki seçkilərdə Demokrat namizədlərə səs verdiyini bildirsə də, 2024-cü il seçkilərində Trampı dəstəkləməyə başlayıb. İyul ayında Trampı dəstəklədiyini açıq şəkildə elan edən Mask bu ayın əvvəlində Pensilvaniyada keçirilən mitinqdə Trampla birlikdə səhnəyə çıxıb.


Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin