Azərbaycanda yanan şərab zavodu söndürüldü - YENİLƏNİB

11:11 - 17 Oktyabr 2024

Azərbaycanda yanan şərab zavodu söndürüldü - YENİLƏNİB

Tovuzda zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

 

Manset.az xəbər verir ki, Tovuz rayonunun Qovlar şəhərindəki keçmiş şərab zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq söndürülüb.

Baş vermiş yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın söndürülüb.

 

***

10:09

Tovuzda şərab zavodu yanır.


Manset.az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən şərab zavodunda anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda  yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

 



Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin