Bayden Ukraynaya yeni yardım paketini açıqladı

23:18 - 16 Oktyabr 2024

Bayden Ukraynaya yeni yardım paketini açıqladı

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı Kiyevə 425 milyon dollar məbləğində yardım ayrılacağını açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

 Müvafiq qərar Ağ Evin saytında dərc olunub .

“Prezident bu gün Ukrayna üçün əlavə hava hücumundan müdafiə vasitələri, havadan-yerə döyüş sursatları, zirehli maşınlar və Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün kritik döyüş sursatları daxil olmaqla, 425 milyon dollar dəyərində təhlükəsizlik yardımı paketi elan edib”, - deyə məlumatda bildirilir.


Xəbər xətti

17 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin